Dortmunddakı partlayışa görə 1 nəfər saxlanıldı

Dortmunddakı partlayışa görə 1 nəfər saxlanıldı
XƏBƏR 12 Aprel 2017 / 17:38 2041
-  A +

Dünən Çempionlar Liqasının 1/4 finalının “Borussiya” – “Monako” matçından öncə Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışda şübhəli bilinən iki şəxsdən biri saxlanılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə federal prokurorluğun mətbuat xidmətinin rəhbəri Frayuk Koler Almaniya mətbuatına açıqlama verib.

Şübhəli bilinən şəxsin radikal qruplaşmanın üzvü olduğu bildirilir. Frayuk Koler onu da bildirib ki, hadisə yerindən daha 3 partlayıcı qurğu tapılıb.

Qeyd edək ki,  məlum səbəbdən təxirə salınan “Borussiya” (Dortmund) – “Monako” görüşü bu gün keçiriləcək.

Daha çox


Son xəbərlər