Bruma Türkiyə millisində?

Bruma Türkiyə millisində?
XƏBƏR 12 Aprel 2017 / 17:03 4716
-  A +

Fatih Terim “Qalatasaray”ın futbolçusu Armindo Brumanı Türkiyə yığmasında görmək istəyir.

Qol.az-ın məlumatına görə, bu barədə Portuqaliya mətbuatı xəbər yayıb.

Bildirilir ki, Terim portuqaliyalı yarımmüdafiəçi ilə görüşüb və onu rəhbərlik etdiyi Türkiyə yığmasında oynamağa  razı salıb.

Portuqaliya millisinə dəvət almayan futbolçunun bu  təklifə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən “Qalatasaray”da oynayan gənc futbolçu  daha bir il Türkiyədə qalarsa, yığmaya çağırıla bilər.

Son xəbərlər