Reynaldo üçün yeni baş məşqçi

Reynaldo üçün yeni baş məşqçi
XƏBƏR 12 Aprel 2017 / 11:50 2684
-  A +

Türkiyənin “Adanaspor” klubunun yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Adana təmsilçisini Eyüp Arın çalışdıracaq.

O, bu vəzifədə ötən günlərdə istefa verən Levent Şahini əvəzləyib. Klubun aşağı yaş qrupları üzrə komandalarında çalışan 54 yaşlı baş məşqçinin əsas vəzifəsi komandanı superliqada saxlamaq olacaq.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Reynaldonun çıxış etdiyi “Adanaspor” 27 oyundan sonra 20 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Son xəbərlər
topaz banner