Venger qərarını nə vaxt açıqlayacaq?

Venger qərarını nə vaxt açıqlayacaq?
XƏBƏR 12 Aprel 2017 / 01:29 2623
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger klubdakı gələcəyi ilə bağlı yekun qərarı mövsümün sonunda qəbul edəcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda London klubundan məlumat verilib.

Vengerin “Arsenal”la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Onun yeni sözləşmə imzalayıb-imzalamayacağı geniş müzakirə mövzusudur.

London klubunun azarkeşləri komandanın cari mövsümdəki çıxışından narazıdırlar. Ona görə də fanatların çoxu fransız mütəxəssisin gedişinin lehinədir.

Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada altıncı yeri tutur.

Son xəbərlər