İşlədiyi 3 ay olmadı, istefaya göndərildi

İşlədiyi 3 ay olmadı, istefaya göndərildi
XƏBƏR 11 Aprel 2017 / 15:13 2983
-  A +

İtaliya A seriyası təmsilçisi "Palermo" baş məşqçisi Dieqo Luis Lopesi istefaya göndərib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, D.L.Lopes yanvarın 26-dan "Palermo"nu çalışdırırdı. Onun rəhbərliyi altında komanda 10 matçda 2 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət əldə edib.

Əlavə edək ki, "Palermo" 31 turdan sonra 15 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər