“Bakı Marafonu 2017” yarışına hazırlıq çərçivəsində "Bakı Marafonunun İnsanları" layihəsinə start verilib.
Qol.az-ın məlumatına görə, “Sport Marketing Group” (SMG) şirkətinin təşkilatçılığı ilə reallaşan layihənin ilk qonağı “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov olub.
Gənc atlet video-müsahibəsində “Bakı Marafonu 2016”da qalib gəlməsi ilə bağlı təəssüratlarını bölüşüb. N.Əsədov marafonun onun həyatını dəyişdiyini söyləyib:
“Marafonun son 3 kilometri qurtarmaq bilmirdi. Bu hissəni çox çətin və keçilməz yol adlandırardım. Özümə “döz-döz” deyə-deyə qaçırdım. Yaxşı ki, Pedro yanımda idi. O, hər çətin vaxtımda “Go-Go” söyləyib, məni çağırırdı. Bütün həyatımı göz önünə alırdım ki, bu finişdən sonra məni nələr gözləyir. Finişdən sonrakını düşünərək, axıra qədər gəlib çatdım. Yarışda qələbə qazanaraq, həyatımı dəyişmək fikrində idim. Buna inanırdım və bu da mənə böyük motivasiya verirdi”.
“Bakı Marafonu 2017”yə qatılmaq istəyənlərə həftənin şənbə və bazar günləri məşqlər keçən atlet qalib olmaq üçün dözüm və səbr tələb olunduğunu vurğulayıb. O, qaçışın həm fiziki, həm də mənəvi cəhətdən istirahət olduğunu bildirib:
“Qaçış yolunda insanın ən böyük rəqibi özüdür. Özünə qalib gəldikdə rəqiblərinə də qalib gəlmək mümkündür. Bunun üçün dözmək və səbr lazımdır. Qaçışı sevirəm. Qaçan zaman təkcə fiziki yox, həm də mənəvi cəhətdən istirahət edirəm. Ruhən özümü yüngül hiss etdiyim üçün qaçıram. “Bakı Marafonu 2016” həyatımda böyük dəyişikliklərə səbəb oldu. Bu dəyişiklilərdən sonra mənə yaxınlaşanların sayı çoxaldı. Bunun nəticəsidir ki, “Bakı Marafonu 2017”də iştirak etmək istəyənlərin məşqçisiyəm. Nəinki sürətliyəm, işimi də sürətli etməyə çalışıram”.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər ƏliyevFondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə