Zaza daha 4 il "Valensiya"da

Zaza daha 4 il "Valensiya"da
XƏBƏR 10 Aprel 2017 / 16:09 1694
-  A +

"Valensiya” komandada icarə əsasında çıxış edən Simone Zaza ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı hücumçu ilə 2021-ci ilə qədər müqavilə bağlayan “Valensiya” onun transfer hüququna da yiyələnib. Bu transfer üçün İspaniya klubu “Yuventus”a  16 milyon avro ödəyəcək.

Qeyd edək ki, qış fasiləsində komandaya qoşulan italiyalı futbolçu 14 matçda 4 qol vurub.

Son xəbərlər