"Mən ötən il "Qarabağ"da oynadım. Yadımdadır ki, "Göteborq" Avropa Liqasında onlara qarşı oynamışdı. Mən onlar kimi üstün komanda görmədim. Xatırlayıram ki, isveçlilər məndən soruşdu ki, “Qarabağ” klubu necə komandadır və onlar hansı futbolu oynayırlar? Mənim cavabım belə idi: onların yaxşı legionerləri var, braziliyalı və ispan futbolçular çox güclüdü. Xatırlayıram ki, dediklərimi onların oyununda gördüm. "Göteborq" heç nə edə bilmədi".
Qol.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İsveçin “Fotbollskanalen” nəşrinə müsahibəsin deyib.
"Azərbaycanda nə əldə etdiniz" sualına isə Armenteros belə cavab verib: "Mən orada demək olar ki, hər matçda meydana çıxırdım. Ümumilikdə 23 oyun keçirdim, 7 qol vurdum. Çox da pis nəticə deyildi. Azərbaycan çempionatında gərginlik az olduğundan "Qarabağ" rahat çempion oldu. Təsəvvür edin ki, aşağı pillə ilə aramızda 22 xal fərqi var idi".
Xatırladaq ki, 27 yaşlı Armenteros ötən mövsüm şərəfini qoruduğu, heyətində "qızıl dubl" etdiyi "Qarabağ"ı keçən yay Hollandiyanın yüksək liqa təmsilçisi "Herakles" klubuna dəyişib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir