Azərbaycanın "Vətən" klubunun 10 yaş komandası Türkiyədə uğura imza atıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komanda qardaş ölkədə 10 yaş kateqoriyasında ən böyük turnir olan "10 Champions Trophy"nin Türkiyədə keçirilən seçmə mərhələsininin qalibi olub.
"Vətən" 40 ölkənin iştirak etdiyi turnirdə 1/16, 1/8 və 1/4 final mərhələsinə asanlıqla yüksəlib. Komandamız yarımfinalda "Çanakkale Selection"a 8:1 hesabı ilə məğlub edərək finala çıxıb. Finalda "Beylikgücü"nə 7:0 hesabı ilə qalib gələn "Vətən" kubokun sahibi olub.
Bununla da komandamız 16-18 iyunda Avstriyada keçiriləcək "10 Champions Trophy" turnirinin final mərhələsinə vəsiqə qazanıb. "Vətən"in bu turnir üçün bütün xərclərini seçmə mərhələsinin təşkilatçısı Altınordu klubu tərəfindən ödəniləcək.
Qeyd edək ki, "Vətən"ə kubokla birgə, təyyarə biletləri də hədiyyə edilib.
Yuxarı
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir