Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiyanın “Jilina” klubu ölkə çempionatında növbəti oyununu keçirib.
Qol.az-ın məlumatına görə, komanda 24-cü turda səfərdə "Spartak Trnava" ilə qarşılaşıb. Matç "Jilina"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Spartak Trnava" - "Jilina" - 1:2
Qollar: Mişel Skvarka, 25 (0:1), Denis Vavro, 71-pen (1:1), İvan Şhranz, 85 (1:2)
Millimizin futbolçusu əsas heyətdə meydana daxil olub. O, 25-ci dəqiqədə vurulan ilk qolun ötürməsibi verib. R.Şeydayev 56-cı dəqiqədə sarı vərəqə alıb. Gənc hücumçu 70-ci dəqiqədə Mrazla əvəzlənib.
Qeyd edək ki, "Jilina" 24 turdan sonra 58 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir