Pepe uzun müddət oynamayacaq

Pepe uzun müddət oynamayacaq
XƏBƏR 9 Aprel 2017 / 17:09 3069
-  A +

"Real"ın futbolçusu Pepe 1 ay müddətinə sıradan çıxıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb portuqaliyalı müdafiəçinin La Liqanın 31-ci turunda iki qabırğasının sınmasıdır.

Bu isə o deməkdir ki, Pepe La Liqada "Barselona" ilə oyunu və Çempionlar Liqasında "Bavariya" ilə görüşləri buraxacaq.

Qeyd edək ki, "Real" - "Atletiko" matçı 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər