Emin darmadağını kənardan izlədi

Emin darmadağını kənardan izlədi
XƏBƏR 9 Aprel 2017 / 01:31 5395
-  A +

Portuqaliya Premyer Liqasında XXVIII turun oyunları davam edir.

Qol.az-ın xəbərinə görə, milli komandamızın üzvləri Emin Mahmudov və Kamran Ağayevin çıxış etdiyi “Boavişta” səfərdə “Sportinq”lə qarşılaşıb.

Kamranın adı kimi matçın iştirak ərizəsinə salınmayıb. Emin isə sonadək görüşü ehtiyalı oyunçular skamyasından izləyib.

Qarşılaşma həmyerlilərimizin komandasının 0:4 hesablı məğlubiyyəti ilə tamamlanıb.

Qeyd edək ki, “Boavişta”  34 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Son xəbərlər