Eddi oynamadı, komandası büdrədi

Eddi oynamadı, komandası büdrədi
XƏBƏR 9 Aprel 2017 / 00:38 1474
-  A +

İspaniya ikinci liqasında 33-cü turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun formasını geydiyi “Kadis” öz meydanında “Luqo”nu qəbul edib.

İsrafilov əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, son 3 turda qələbəyə həsrət qalan Eddi İsrafilovun komandası hazırda 52 xalla dördüncü pillədə qərarlaşıb.

Son xəbərlər