“Azərbaycan millisi qrupun favoritidir”
“Rəqibimizi qələbə qazanması münasibətilə təbrik edirəm. Birinci hissənin sonuna yaxın bir qədər diqqətsiz davrandıq, konsentrasiyanı itirdik və bu, nəticədə öz əksini tapdı”.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri futzal üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi Baro Matan AÇ-2018-in seçmə mərhələsində yığmamıza uduzduqları oyundan (4:5) sonra deyib.
O, millimizin qrupda bütün rəqiblərindən güclü olduğunu bildirib: “Məncə, Azərbaycan millisi qrupun favoritidir. Azərbaycan komandasının bütün rəqiblərinə qalib gəlməsi bizim üçün sərfəli olardı. Bu, bizim ikinci yeri tutmaq şansımızı artırar”.