Reynaldo qripə yoluxdu

Reynaldo qripə yoluxdu
XƏBƏR 8 Aprel 2017 / 15:39 3037
-  A +

“Qarabağ”dan Türkiyənin “Adanaspor” klubuna transfer olunan Reynaldo Silva yenidən komandasından ayrı düşüb.

Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu qripə yoluxub.

Son məşqə qatılmayan 28 yaşlı futbolçunun sabah “Rizəspor”la keçiriləcək oyunda iştirak edəcəyi gözlənilmir. Reynaldo zədə səbəbindən son üç görüşdə də meydana çıxmayıb.

Qeyd edək ki, “Qarabağ”da çıxış edərkən Premyer Liqamızın bombardiri olmuş “sambaçı” “Adanaspor”da 5 oyuna çıxıb və qol vura bilməyib.

Daha çox


Son xəbərlər