“Kəpəz” paytaxtda hazırlığını tamamladı

“Kəpəz” paytaxtda hazırlığını tamamladı
XƏBƏR 8 Aprel 2017 / 02:00 2791
-  A +

Topaz Premyer Liqasının XXV turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyuna hazırlığın əsas hissəsini  tamamlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün ADBTİA-nın stadionunda keçirilən məşqlə “sarı-göylər” Bakıdakı çalışmaları yekunlaşdırıb.

Komanda sabah Nizami yurduna gələcək və matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək arenada keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq. 

Son xəbərlər
topaz banner