Zidan “Real”da qalacağına əmin deyil

Zidan “Real”da qalacağına əmin deyil
XƏBƏR 8 Aprel 2017 / 00:00 3804
-  A +

Zinəddin Zidanın növbəti mövsümdə də “Real”ı çalışdırıb-çalışdırmayacağı hələ məlum deyil.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu haqda fransız mütəxəssis özü açıqlama verib:

“Real”la müqaviləmin bitməsinə hələ 1 il var. Amma növbəti mövsüm komandada qalacağıma əmin deyiləm. İndi bu barədə heç düşünmürəm. Hazırda məni ancaq mövsümün qalan hissəsi maraqlandırır.

“Real” böyük klubdur. Hər məşqçi bu komandada çalışmaq istəyir. Mən də hər şeyə hazıram”.

Xatırladaq ki, Zinəddin Zidan “Real”ı 2016-c ilin yanvarından çalışdırır. “Kral klubu” ötən mövsüm onun rəhbərliyi altında Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər
topaz banner