“Liverpul”un futbolçusu üçün mövsüm bitdi
“Liverpul”un zədəli futbolçusu Sadio Mane əməliyyat olunacaq.
Qol.az-ın xəbərinə görə, bu barədə Britaniya mətbuatına açıqlamasında komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. O, seneqallı yarımmüdafiəçinin mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyini deyib.
Qeyd edək ki, Sadio Mane Premyer Liqanın 30-cu turunda “Everton”la oyunda dizindən zədə alıb.