Rusiya kubokunda finalçılar bəlli oldu

Rusiya kubokunda finalçılar bəlli oldu
XƏBƏR 7 Aprel 2017 / 00:45 3392
-  A +

Rusiya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, ötən gün keçirilən bir oyunla final cütlüyü bəlli olub.

“Ural” öz meydanında “Rubin”i qəbul edib. Meydan sahibləri 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib. Sverdlovsk təmsilçisi həlledici oyunda Moskva “Lokomotiv”i ilə qarşılaşacaq.

Qeyd edək ki, final oyunu mayın 2-də Soçidə keçiriləcək.

Son xəbərlər
topaz banner