“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, U-19 komandası evdə AZAL-ı 5 cavabsız qolla məğlub edib. 26 oyundan sonra 62 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
Öz meydanında “Qarabağ”ı qəbul edən U-17 1 xalla kifayətlənib – 1:1. 21 qarşılaşmadan sonra 49 xala malik komanda turnir cədvəlinin 3-cü pilləsindədir.
AZAL-la görüşən U-16 səfər oyununda 10 cavabsız qol vurub. 21 matç keçirən “Qəbələ” 49 xalla yarışın lideridir. U-15 “Neftçi” ilə rəqib meydanındakı matçdan bərabərliklə ayrılıb – 1:1. Komanda 19 matçda topladığı 51 xalla 1-ci pillədə qərarlaşıb.
Paytaxt zonasında çıxış edən U-14 “Əlincə” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib – 1:1. 18 oyunda 33 xal toplayan “Qəbələ” 4-cü sıradadır. Eyni zonada mübarizə aparan U-13 “İnter”i məğlub edib – 1:0. 18 matçda 38 xal yığan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.
Qızlar Liqasında çıxış edən “Qəbələ” “Zaqatala”ya qalib gəlib - 2:1. 14 oyundan sonra 37 xala malik komanda yarışın lideridir.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir