Türkiyə kuboku: yarımfinalçılar bəlli oldu

Türkiyə kuboku:  yarımfinalçılar bəlli oldu
GÜNDƏM 7 Aprel 2017 / 00:01 4281
-  A +

Türkiyə kubokunda son yarımfinalçı bəlli olub.

Qol.az-ın xəbərinə görə, superliqa təmsilçisi “Konyaspor” öz meydanında I liqada mübarizə aparan “Sivasspor”u qəbul edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Konya təmsilçisi yarımfinala vəsiqəni təmin edib.

Qeyd edək  ki, digər yarımfinalçılar “Fənərbaxça”, “Başakşəhər” və “Kasımpaşa”dır. Bu mərhələdə  “Fənərbaxça” “Başakşəhər”lə, “Konyaspor” isə “Kasımpaşa” ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər