"Qarabağ"la "Qəbələ"nin Azərbaycan kubokunun finalında cəza baxımından problemi olmayacaq.
Mayın 5-də Naxçıvanda keçiriləcək həlledici matça vəsiqə qazanan əyalət təmsilçilərində cavab yarımfinal matçlarında vərəqə limitini aşan və ya qırmızı vərəqə alan futbolçu olmayıb.
Ümumiyyətlə, formal keçən həmin qarşılaşmalarda az vərəqənin olması təəccüb doğurmur. FİFA referilərimiz Ömər Paşayevlə Əliyar Ağayevin idarə etdyin bu 2 matçda cərmi 1 "sarı" qeydə alınıb. Bu da "İnter"in yarımmüdafiəçisi Elnur Abdullayevə göstərilib. Maraqlıdı ki, təcrübəli futbolçu "Qəbələ"ylə ilk yarımfinal matçında da xəbərdarlıq aldığından cəzalı duruma düşüb və finalda çıxsaydılar, oynamayacaqdı. Ancaq bu cəza qırmızı vərəqə ilə bağlı olmadığından növbəti mövsümə şamil edilməyəcək (sport24.az).
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir