Obameyanqa 100 minlik cəza - maskaya görə

Obameyanqa 100 minlik cəza -  maskaya görə
XƏBƏR 6 Aprel 2017 / 13:30 4233
-  A +

Dortmund "Borussiya"sı futbolçusu Pyer-Emerik Obameyanqı cəzalandırıb.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, klub qabonlu hücumçunu 100 min avro cərimələyib.

Buna  futbolçunun "Şalke" ilə oyunda qol sevinicini  "Nike" firmasının hazırladığı "hörümçək adam" maskası ilə qeyd etməsi səbəb olub. Məsələ ondadır ki, "Borussiya"nın texniki sponsoru "Puma"dır.

Qeyd edək ki, "Borussiya" klubu "Şalke" ilə oyundan bir gün sonra Obameyanqın cəzalanacağını açıqlamışdı.

Daha çox


Son xəbərlər