"İnter" rəsmən avrokuboklarda

"İnter" rəsmən avrokuboklarda
XƏBƏR 6 Aprel 2017 / 11:55 4568
-  A +

"Qarabağ" və "Qəbələ"dən sonra Bakının "İnter" klubu da avrokuboklara vəsiqəni təmin edib.

Qol.az-ın xəbərinə görə, bu, Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarından sonra rəsmiləşib.

Zaur Svanadzenin komandası "Qəbələ"yə uduzaraq mübarizəni dayandırsa da, ən azından Avropa Liqasına yollanacaq.

"Qarabağ"ın "Neftçi"ni kubokdan kənarlaşdırması "İnter"in işinə yarayıb. Çempionatda ilk yerləri tutan "Qarabağ"la "Qəbələ" həm də kubokun finalına yüksəlib. Nəticədə çempionatda 4-cü yeri tutacaq komandanın Avropa Liqasına gedəcəyi dəqiqləşib. "İnter" isə ən azı 4-cü yeri özü üçün təmin edib.

Avrokubolara sonuncu vəsiqə uğrunda isə "Zirə", "Sumqayıt", "Neftçi" və "Kəpəz" mübarizə aparır.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq