Toni Adams La Liqa klubunda

Toni Adams La Liqa klubunda
XƏBƏR 6 Aprel 2017 / 10:30 3668
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın yeni iş yeri müəyyənləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, La Liqa klubu "Qranada"nın idman direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T. Adams bundan əvvəl Çinin "Çuntsin Danqday Lifan" klubunun idman direktoru olub.

Xatırladaq ki, Toni Adams "Qəbələ"də baş məşqçi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində də işləyib.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu