Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ"la qolsuz bəabərliyə qalan "Neftçi" ilk oyunda uduzduğundan (0:2) kubokla vidalaşıb.
Qol.az-ın məlumatına görə, oyundan sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ"ı təbrik edirəm. Finalda hər iki komandaya uğurlar arzu edirəm. Bu gün çox gözəl oynadıq. Təəssüf ki, ilk oyunda yaxşı oynamamışdıq. Birinci matçda da belə oynasaydıq, hər şey fərqli olardı.
- Qış fasiləsindən sonra həm kubokda, həm də çempionatda şanslarınız itib...
- Kubok əldən getdi. Amma çempionatda şanslarımız davam edir. Mən "Neftçi"yə gələndə söz verməmişdim ki, Avroliqaya vəsiqə qazanacağıq. Söz vermişdim ki, çətin vəziyyətdən komandanı çıxaracam və bunu da bacardım. Tahir Süleymanov deyir ki, "Neftçi" 15 transfer edib. Biz 15 transfer etməmişik. Gedən futbolçuları əvəzləmişik. Bizim ən böyük problemimiz odur ki, əsas rəqiblərimizə uduzub, güclü komandaları udmuşuq. Hələ şanslarımız davam edir. Komandada inkişaf var. Özünüz də gördüz ki, gözəl oyun oynadıq. Sadəcə, stabillik çatışmır.
- Yeni transferlərinizdən bəziləri icarədədi. Onların taleyi necə olacaq?
- Gətirdiyinmiz futbolçular hamısı səviyyəlidi. Vançe Şikovun aldığı maaşı indi 3 futbolçuya veririk. Əvvəl Flavinyo, Vobay ilinə 800 min maaş alırdı. İndi büdcəmiz elə deyil.
- Qeyd etdiniz ki, büdcəmiz azdı. Amma "Zirə"nin, "Sumqayıt"ın da büdcəsi sizdən azdı. Azarkeşlər də sizi istefaya səsləyir. Düşünmürsüz ki, sizin işiniz fiaskoya uğradı?
- "Forza "Neftçi"ni azarkeş saymıram. Çünki fan-klub özünü elə aparmır. Komandanı sevən azarkeş 60-cı dəqiqədə istefa qışqızrmaz. Onlar gəlib stadionda xuliqanlıq edir. Futbolçuları söyən azarkeşi mən əsl azarkeş saymıram. Onlardan qorxmuram. Hər kəsə fikirlərimi başa sala bilərəm.
- Mətbuatda Kamran Ağayevin "Neftçi" ilə razılıq əldə etdiyi barədə məlumatlar var. Kamran hazırda sizin düşərgədədi?
- Kamran hazırda "Boavişta"nı futbolçusudu. Hər bir məşqçi istəyər ki, komandasında güclü qapıçı olsun. Amma hələ belə bir planımız yoxdu. O, bizim düşərgədə deyil.
- Sizə qələbə lazım idi. Olmazdı ki, 2 hücumçu ilə oynayasız?
- Oyunun statistikasına baxın. Biz üstün oynadıq. Siz azarkeş gözü ilə baxırsız. Yaxşı oynadıq. Sadəcə qol çatışmadı. Bizdə ağıllı adam çoxdu. Hamı tənqid etməyi xoşlayır. Legioner limitinə görə Daniel Seqovianı meydandan çıxardım. Mən də istəyərdim 2 hücumçu ilə oynayaq. Amma limit buna imkan vermir.
- Ötən oyundan sonra da demişdiz ki, "Neftçi"ni sevməyənlər var. Bu gün də azarkeşlərə xuliqan deyirsiz. Xalq komandasının belə vəziyyətə düşməyinin səbəbi nədi?
- O azarkeşləri istiqamətləndirənlər var. 15-16 yaşlı gənclərdi. Mən istəməzdim ki, gənclərimiz futbola belə yanaşsın. Onlar bilmirlər istefa nədir. "Qəbələ"ni udanda məni tərifləyirdilər. Amma bu gün tənqid edirlər, futbol biliyimin olmadığını deyirlər. Bir oyundan bir fikirlərini dəyişirlər. Əgər bu gün "Qarabağ"ı udasaydıq, mənə yenə dahi deyəcəkdilər.
- Demişdiniz ki, ilk üçlükdəki komandalardan başqa digər komandalardan xal alacağıq. Əgər almasaq, məşqçolik kateqoriyamı cıracam...
-Mən elə söz demişəm? "Qarabağ"la ilk oyundan sonra da yazırdılar ki, mən cavab oyununda 3 - 0 udacağımızı demişəm. Belə söz deməmişəm. Sadəcə, komandama ürək-dirək verirdim. Mən günahkar deyiləm. Öz yolumla gedirəm. Özünüz görəcəksiz. Məni tələsdirən yoxdu. Özüm də tələsmirəm. Əgər mənim qarşıma Avroliqaya getmək tələbi qoysaydılar, ola bilər ki, qəbul etməzdim.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı