Zidandan sürpriz qərar

Zidandan sürpriz qərar
XƏBƏR 5 Aprel 2017 / 14:45 6435
-  A +

Bu gün İspaniya La Liqasının 30-cu turunda "Real" səfərdə "Leqanes"in qonağı olacaq.

Qol.az-ın xəbərinə görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan  komandanın 3 aparıcı futbolçusunun bugünkü oyunda iştirak etməyəcəyini açıqlayıb.

Bunlar Kriştiano Ronaldo, Qaret Beyl, və Toni Kroosdur. Futbolçuların heç biri zədəli və ya cəzalı deyil. Sadəcə, Zidan onlara istirahət verməyi qərara alıb.

Qeyd edək ki, "Real" aprelin 8-də "Atletiko" ilə La Liqa matçında, aprelin 12-də isə "Bavariya" ilə Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaq.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq