"Qəbələ"yə qarşı oynamayacaqlar

"Qəbələ"yə qarşı oynamayacaqlar
XƏBƏR 4 Aprel 2017 / 18:50 1943
-  A +

Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ” “İnter”i qəbul edəcək.

Qol.az-ın xəbərinə görə, qonaqlar bu oyuna ciddi itkilərlə çıxacaq.

Komandanın əsas qapıçısı Səlahət Ağayev zədə səbəbindən, müdafiəçi Tərlan Quliyev isə sarı vərəqə limitini doldurduğundan  matçı buraxacaq.

Qeyd edək ki,  komandalar arasında keçirilən ilk görüş “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq