"Qəbələ" Futbol Akademiyasının komandaları bu ay bir neçə turnirə qatılacaq.
Qol.az-ın məlumatına görə, akademiyanın direktor müavini Nail Kərimov sportnet.az-a açıqlamasında 3 yaş qrupu üzrə müxtəlif yarışlarda iştirak edəcəklərini bildirib.
Onun sözlərinə görə, "Qəbələ"nin U-12 komandası Türkiyədə ənənəvi "İzmir Cup" turnirində çıxış edəcək. Yarış 12 - 15 apreldə baş tutacaq.
U-15 komandası Yunanıstanın paytaxtı Afinada "Elite Neon Cup"da qüvvəsini sınayacaq. Qrupda
"Qəbələ"nin rəqibləri "Apollon" (Kipr), "Partizan" (Serbiya) və "Panatinaikos" (Yunanıstan) olacaq. Bu turnir 19 - 24 apreldə keçiriləcək.
U-16 komandası isə Gürcüstanın paytaxtı Tbilisidə Vitali Daraseliyanın xatirə turnirində mübarizə aparacaq. "Qəbələ" Tbilisi "Dinamo"su, Belçikanın "Gent" və İtaliyanın "İnter" klubları ilə eyni qrupa düşüb. Turnir 19 - 26 apreldə olacaq.
Qeyd edək ki, "Qəbələ"nin əsas komandası 2015-2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la üz-üzə gəlib. Qalmaqallı qarşılaşmalar Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:1, 1:0.
2 il əvvəl isə Roman Qriqorçukun komandası Avroliqanın pley-offunda səfər qolu sayəsində "Panatinaikos"u mübarizədən kənarlaşdırıb - 0:0, 2:2.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir