De Rossi derbidə oynamayacaq

De Rossi derbidə oynamayacaq
XƏBƏR 4 Aprel 2017 / 00:19 1538
-  A +

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Latsio” ilə üz-üzə gələcək “Roma” qarşıdakı matça ciddi itki ilə çıxacaq.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “canavarlar”ın aparıcı üzvü Daniele De Rossi qarşıdakı görüşdə forma geyməyəcək.

İtaliya millisinin düşərgəsində zədələnən futbolçu derbiyə qədər hazır olmayacaq. Bu səbəbdən də De Rossini start heyətində Leandro Paradesin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Roma” - “Latsio” oyunu sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək. İlk matçda “Latsio” 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər