"Messi müqaviləsini artırmasa, tarixi səhv edər" - Xavi

"Messi müqaviləsini artırmasa, tarixi səhv edər" -  Xavi
XƏBƏR 3 Aprel 2017 / 18:14 3316
-  A +

Qətərin “Əl-Sadd” komandasının futbolçusu Xavi Ernandez Lionel Messinin "Barselona"da qalmalı olduğunu düşünür.

Qol.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında sabiq komanda yoldaşı haqda deyib:

“Barselona” Messiyə ehtiyac duyur, amma onun da “Barselona”ya ehtiyacı var. Fikrimcə, müqaviləsini artırmasa, tarixi bir səhv etmiş olar”.
Xavi düşünür ki, Messi tarixin ən yaxşı futbolçusudur: “Onu başqa bir klubda xəyal edə bilmirəm. Leo tarixin ən yaxşı futbolçusudur. Onun yoxluğu karyerasını başa vurduqdan sonra bilinəcək".

Qeyd edək ki, L.Messinin Kataloniya klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq