Topaz Premyer Liqasının XXIV turu “Qarabağ”da yubileylə əlamətdar olub.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət təmsilçisinin heyətində 200-cü matçını keçirib.
Bu hadisə “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. Start heyətində meydana çıxan Əfran 90 dəqiqə mübarizə aparıb. Yarımmüdafiəçi “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.
İsmayılov "Qarabağ"da 2006/07 mövsümündə debüt edib. O, komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa Liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), Çempionlar Liqasında 5 matç keçirib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir