"Qarabağ" - "Neftçi" oyunu "Tofiq Bəhramov"da
"Qarabağ" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"ni qəbul edəcək.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 5-də keçiriləcək görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Qeyd edək ki, "Azərsun Arena"nın ot örütüyünün vəziyyəti qənaətbəxş olmadığından Ağdam klubu "Qəbələ" ilə çempionat oyununu da Respublika stadionunda keçirə bilər.