“Anamın bir tərəfi azərbaycanlıdır. Artıq aramızda olmayan babam Azərbaycanda tanınmış hərbçi olub. AFFA-dakı insanlar onun vasitəsilə mənlə əlaqə saxladılar”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Ukraynanın “Dnepr” klubunun və U-21 millimizin futbolçusu Dmitri Nağıyev "Sevodnya" qəzetinə müsahibəsində deyib.
Ukraynada doğulan gənc müdafiəçi Azərbaycan millisini seçməsi haqda sualı cavablandırıb:
“Mənə Azərbaycan yığmasında oynamağı təklifi edəndə "Niyə də yox?" dedim. Özümü sınamağa qərar verdim. Üstəlik, həmin vaxt “Qəbələ” variantı da var idi. Azərbaycan vətəndaşı olmağım mənə bu ölkədə legioner sayılmamaqda kömək edə bilərdi. Sonra hər şey gözlədiyim kimi alınmadı. Ancaq Azərbaycan pasportunu aldım və gənclər yığmasında bir neçə oyun keçirdim. Yeri gəlmişkən, çoxları elə düşünür ki, Azərbaycan köklərim atam tərəfdəndir. Ancaq əksinədir. AFFA-nın saytında məni Dmitri Ruslan oğlu Nağıyev kimi yazanda anam bərk güldü, atamla zarafatlaşdı. Ümumiyyətlə, Azərbaycanda qohumlarım, tanışlarım çoxdur. “Zvezda” ilə oyundan sonra mənə çoxlu zəng gəldi. Ən xoş olan budur ki, hətta oynamayanda da Azərbaycandan yazırlar, zəng edirlər”.
Nağıyev Ukrayna yığmasında oynamaq şansını da dəyərləndirib: “Yalnız Azərbaycan yığmasının heyətində rəsmi oyuna çıxandan sonra Ukrayna millisinin qapıları üzümə bağlana bilər. FİFA-nın qaydaları belədir. Onu da gözəl başa düşürəm ki, mənim səviyyəm əsas yığmaya uyğun deyil”.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir