“Qarabağ”ın futbolçusu Elşən Abdullayev Topaz Premyer Liqanın 24-cü turunda “Kəpəz”i məğlub etdikləri (2:1) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq qələbəni şərh edib.
- Matçın çətin keçəcəyini bilirdik. İlk hissədə rəqibin hesabı açması nə qədər güclü olduğundan xəbər verdi. 3 xal bizə çətin başa gəldi. "Qəbələ" də xal itirdi və 4 xal önə keçdik. Bu da ayrı bir sevindirici xəbər oldu. Şükürlər olsun ki, qalib gəldik.
- "Qəbələ" də “Zirə” ilə heç-heçə etdi və xal fərqi 4 oldu...
- Bu hal ancaq sevindirici ola bilər...
- "Qarabağ"a keçdikdən sonra ilk dəfə start heyətdə matça başladın. Özünü necə hiss edirsən?
- Zədədən sonra ilk oyunlar fiziki cəhətdən çətin olur. Amma özümü yaxşı hiss edirəm. Baş məqşçimiz nə zaman şans versə, oynamağa hazıram.
- Komandanda debüt oyununu sabiq klubun "Neftçi"yə qarşı keçirmişdin. Nəsə fərqli hisslər keçirdin?
- “Neftçi”yə qarşı oynamaq mənə bir az pis təsir etdi. Qələbə qazandıq və buna çox sevindim. Amma "Neftçi" ilə yarımfinalda qarşılaşmaq istməzdim. Finalda oynasaydıq, daha yaxşı olardı.
- Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçəndə razılaşma oldu ki, sabiq komandasına qarşı çıxış etməsin. Sənin müqaviləndə belə bənd var?
- Xeyr, mənim müqaviləm bitmişdi və “Qarabağ”a azad agent kimi keçdim. Ona görə də belə söhbət olmadı.
Məftun RƏSULZADƏ
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir