"Rəqibi təbrik edirəm. "Sumqayıt" bizim etməli olduğumuzu etdi. Hələ mövsüm başa çatmayıb. Sonadək vuruşacağıq".
Bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 24-cü turunun matçından sonra deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- "Neftçi"nin 80 illik yubileyində adınızın tarixə qara hərflərlə düşəcəyindən ehtiyatlanmırsınız?
- Bu məğlubiyyəti yubileylə əlaqələndirmək lazım deyil. "Mançester Yunayted"in də 100 ildən çox yaşı var. Amma "Lester" gəlib çempion olub. Bu, faktdır. Ən pis baş məşqçi də sayıla bilərəm, ən yaxşı da. Yenə çalışacağam. Necə alınacağına azarkeşlər və siz qiymət verəcəksiniz. Mən komandanı birinci pillədən götürməmişəm ki... Mən qaçmıram, heç nədən də qorxmuram. Özüm cavab verəcəyəm.
- Oyun gedə-gedə azarkeşlə polemikaya girmişdiniz...
- Azarkeşi sakitləşdirirdim. Deyirdim ki, qoy, futboldayıq, oyunumuza nəzarət edək. Oyundan sonra nə qədər istəsəniz, danışarıq.
- Oyun başa çatdıqdan sonra azarkeşlər futbolçuları çağırdılar. Siz ora niyə getmək istəmədiniz?
- Orada nə tələb olunacağını bilirəm. Ona görə də getmək artıq idi.
- Nəticədən başqa sizi nə qane etmədi?
- Gücü bölüşdürmək lazımdır. Bu gün 0:0 hesablı heç-heçə bizə heç nə vermirdi. Ona görə də var gücümüzlə hücuma atıldıq. "Qarabağ"la oyunda statistika bizim tərəfdə idi. Axırda 0:2 hesabı ilə uduzduq. Bu gün də statistika eyni idi. Problemləri bilirəm. Aradan qaldırılmasına vaxt lazımdır. Bir məşhur boksçu hamını udur, axırda kimsə onu nokauta salır. Hamı gözləyir ki, bir daha nə vaxt ayılacaq. Mən də bu komandanı quyudan qaldırıram. "Neftçi" yaxşı vəziyyətdə deyildi ki?! Bu komanda hələ yarımfabrikatdır. Məndən sonra "Neftçi"yə kim gələcəksə, ona vaxt lazımdır. Kaxaber Sxadadze və Qurban Qurbanova vaxt verilib, onlar özlərini doğruldublar.
- Cavid İmamverdiyevin çıxışından razı qaldınız?
- İmamverdiyev yaxşı oynamaq üçün onun mövqeyində ən azı iki yerli oyunçu olmalıdır. Deyirlər ki, "Qarabağ" bizə qarşı 11 yerli futbolçu ilə oynadı. Amma gəlin görək, onların oyunçusu ilə bizimkilər eyni maaşı alırmı? Cavid ən yaxşı yerli oyunçulardan idi. Amma özü özünü bu vəziyyətə saldı. Səbəbi onun özündən soruşun. Uduzandan komanda şəklində uduzuruq. Bu gün Maksim Vaylo 2 səhv etdi. Günahı onun üzərinə yıxaq? (sportnet.az).
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı
Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı
"Şəfa" Amil Yunanovla yollarını ayırdı
PSJ "Çelsi"nin yarımmüdafiəçisinə göz dikdi
AFFA rəsmiləri Türkiyədə səfərdə olublar
Belhanda klubunu dəyişdi
"Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxır
"Beşiktaş"dan Kolumbiya klubuna
"Real"ın kapitanı üzr istədi