"Qalatasaray" braziliyalı müdafiəçi alır

"Qalatasaray" braziliyalı müdafiəçi alır
XƏBƏR 2 Aprel 2017 / 16:32 2728
-  A +

Uzun müddətdir müdafiəçi axtarışında olan “Qalatasaray” Brazilyanın "Palmeyras" klubunun futbolçusu Vitor Huqonu transfer edə bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “sar-qırmızılar” 25 yaşı müdafiəçinin meneceri ilə həftəsonu İstanbulda görüşəcək.

Brazilya klubu gənc futbolçunun keçidi üçün 8 milyon avro istəyib. “Qalatasaray”ın isə bu məbləği 5 milyon avroya endirmək üçün danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, V.Huqonun “Palmeyras” ilə 2020-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq