“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım Türkiyə Futbol Federasiyasına etiraz edib.
Qol.az-ın xəbər verir ki, klubun jurnalı üçün yazdığı yazıda o, ölkənin U-21 millisinə “Fənərbaxça”dan futbolçu dəvət edilməməsinə görə narazılığını bildirib.
Əziz Yıldırım Türkiyənin U-21 komandasının bugünlərdə Ukrayna və Azərbaycanla yoxlama oyunu keçirdiyini xatırladıb. Ə.Yıldırım “Fənərbaxça”nın U-21 liqasında lider olmasına baxmayaraq, sözügedən matçlara klublarından bir oyunçunun belə dəvət edilmədiyindən təəssüfləndiyini bildirib. O, məsələ ilə əlaqədar TFF prezidenti Yıldırım Dəmirörənə müraciət etdiyini də yazıb: “Fənərbaxça”dan U-21 millisinə futbolçunun çağırılmamasında heç bir məntiq yoxdur. Bu, obyektivlikdən uzaq, türk futbolunun inkişafının qarşısını alan qərardır”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər