"Qəbələ": 4 oyundan 4 qələbə

"Qəbələ": 4 oyundan 4 qələbə
XƏBƏR 1 Aprel 2017 / 00:20 1737
-  A +

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, U-19 komandası səfərdə “Kəpəz”ə böyük hesabla qalib gəlib – 4:1. 25 oyundan sonra 59 xala malik “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb.

Eyni rəqiblə qarşılaşan U-17 səfərdən 3 xalla dönüb – 3:1. 20 qarşılaşmadan sonra 48 xala malik komanda turnir cədvəlinin 3-cü pilləsindədir. “Neftçi” İK İB ilə görüşən U-16 ev oyununda 7 cavabsız qol vurub. 20 matç keçirən “Qəbələ” 46 xalla yarışın lideridir. Son oyunu təxirə salınan U-15 18 matçda topladığı 50 xalla 1-ci pillədə qərarlaşıb.

Qızlar liqasında çıxış edən “Qəbələ” “Fidan”a qalib gəlib - 3:0. 13 oyundan sonra 34 xala malik komandamız yarışın lideridir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq