Maradona Messiyə görə İnfantino ilə danışacaq

Maradona Messiyə görə İnfantino ilə danışacaq
XƏBƏR 31 Mart 2017 / 16:53 3089
-  A +

Əfsanəvi futbolçu Dieqo  Maradona "Barselona"nın hücumçusu Lionel Messiyə FİFA tərəfindən verilən 4 oyunluq cəzanın azaldılmasını istəyir.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Argentina mətbuatına açıqlamasında Maradona özü məlumat verib. O, Messiyə verilən cəzanı düzgün hesab etmədiyini və buna görə FİFA prezidenti Canni İnfantino ilə danışacağını deyib:

“İnfantino ila bu barədə danışacam. Dörd oyunluq cəza çoxdur. Messinin FİFA-ya yolladığı məktubda yazdığı sözlər də önəmlidir. Məncə, bu, vəziyyəti dəyişə bilər".

Qeyd edək ki, Messi DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzalandırılıb

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır