“Əmrə Mor 30 yaşından sonra Türkiyəyə gedə bilər”

“Əmrə Mor 30 yaşından sonra Türkiyəyə gedə bilər”
XƏBƏR 31 Mart 2017 / 16:05 4104
-  A +

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Mor Türkiyə klublarına transfer olmayacaq.

Qol.az-ın məlumatına görə, bu barədə “Bild”ə açıqlama verən 19 yaşlı futbolçunun meneceri Mustafa Özcan Əmrənin Türkiyəyə ancaq yığma komanda oyunlarına və istirahət üçün gedə biləcəyini deyib. Bildirib ki, gənc futbolçu 30 yaşından sonra öz ölkəsində oynamağa razılıq verə bilər:

"Əmrə yayda Türkiyəyə getməyəcək. Burada öyrənəcəyi çox şey var. O, hələ işlənməmiş "almaz"dır. Bu barədə daha dəqiq mövsümün sonunda “Borussiya” rəhbərliyi ilə danışacağıq".

Qeyd edək ki, Əmrə Morla “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” maraqlanır. Onun “Borussiya” ilə 2021-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər