"Qarabağ"ın futbolçusu Əfran İsmayılov Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə ilk oyundan (2:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə düşünürsən?
- Baxmayaraq ki, 2:0 hesabı ilə qalib gəldik, amma çətin qələbə qazandıq. Çünki heyətdə çox dəyişiklik var idi - zədəlilər, yorğunluqlar. Bizdə birinci, ikinci heyət söhbəti yoxdur. Hamı eyni səviyyədədir. Yaxşı oyun göstərərək qələbə qazandıq. Ancaq hələ hər şey həll olunmayıb. Finala yüksələn komandanın adı cavab matçından sonra məlum olacaq.
- Ancaq səfərdə qazanılan iki cavabsız qollu qələbə finala vəsiqə qazanmaq üçün böyük üstünlükdür.
- Düzdü, amma çempionatda səfər anlayışı yoxdu. Bakının içində oynayırıq. Futbol gündən-günə inkişaf edir. 0:4 hesabı ilə məğlub olan komanda cavab matçında 6 qol vurur. Bizi ağır çempionat oyunları gözləyir qarşıda. Əsas odur ki, rahatlaşmayaq
- Yarımfinalın digər matçında da "Qəbələ" "İnter"i səfərdə 3:1 hesabıyla məğlub etdi və finala yaxınlaşdı. Səncə, “Qarabağ” - “Qəbələ” finalı baş tuta bilər?
- "Qəbələ" bu il həm çempionluğa, həm də kuboka çox iddialıdır. Bizim əsas rəqiblərimizdən biridir. Buna baxmayaraq, biz onları fikirləşmirik. Əvvəlcə öz oyunumuzu düşünməliyik. Kim güclüdürsə, o da qalib gəlsin.
- Milli komandamızın DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşdıqları oyunda sonra çox tənqid olundun. Bu tənqidi fikirlərə münasibətin necədir?
- Düzü, mən sosial şəbəkələrdən istifadə etmirəm, uzağam. Ordan-burdan eşidirəm ki, söhbəti çox şişirdirlər. Az qala deyirlər ki, səni “vətən xaini” elan edəcəklər. Söhbətin bu qədər şişirdilməsinin yeri yox idi. Bu qədər gözləmirdim mən. Mən oyunda səhv etdiyimin fərqindəyəm. Robert Prosineçki və Qurban Qurbanov da oyundan sonra mənə öz iradlarını bildirdi. Mən də başa düşdüm. Futbolu az bilən adamların bu qədər söz-söhbətlər yaratması mənə təsir etdi.
- Xüsusən də almanların ikinci qoluna görə daha çox tənqid olundun...
- Başa düşürəm, amma səhvi bu qədər niyə şişirdəsənki? Qarşımızdakı rəqib Almaniya idi. Sizi inandırım ki, rəqib tam gücünü ortaya qoymamışdı. 30-40 faiz gücü ilə oynayırdı. Nə vaxt istəsələr, bizə qol vura bilərdilər. Biz 14-15 km qaçdıq, amma Toni Kross 3-4. Ağıllı futbol oynayırdılar. Mən tənqidlərdən nəticə çıxarıram, heç bir tənqidə cavab vermirəm. Mən istəmirəm ki, Almaniyanı udaq? Bunu hamıdan birinci mən istəyirəm. Kimliyindən asılı olmayaraq, futbolçu stabil oynamır. Almaniyaya qarşı oynadığımız kimi Şimali İrlandiyaya qarşı oynasaq, bizim üçün yaxşı olacaq. Həmin oyun finala bərabər olacaq. Əlimizdən gələni edəcəyik.
Məftun RƏSULZADƏ
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi