"Qəbələ"nin futbolçusu Rəşad Sadiqovin Azərbaycan kubokununda yarımfinalında Bakı "İnter"i ilə oyundan (3:1) sonra müsahibəsi
- Xeyli müddət idi meydana çıxmırdın. Özünü necə hiss etdin?
- Açığı, bir az ağır idi. Çünki zədəyə görə çəkinirdim, süni meydanda… Yenə həmin yerdən – topuqdan zədə aldım. Ağrıya-ağrıya oynadım. Amma şükürlər olsun ki, qələbə qazandım. Mənə elə gəlir ki, layiqli qələbə qazandıq.
- Həmin zədə indi də incidir, yoxsa necə?
- Yox, ağrıyır. Oyuna da iynə ilə çıxmışdım. Mövsümün sonuna az qalıb. İynə ilə də olsa, çalışacam ki, sona qədər hamısına çıxım.
- Bu gün 3:1 hesablı qələbə qazandınız və demək olar ki, finaldasınız. Finalda “Qarabağ”, yoxsa “Neftçi” ilə qarşılaşmaq istəyərdin?
- Fərq etmir. Açığı, iki komandaya da bələdik: “Qarabağ” son üç ilin çempionudur. “Neftçi” də həqiqətən yüksəlişdədir: bizi məğlub etdilər, “Qarabağ”la matçda yaxşı oynadılar. Məncə, kimlə oynasaq, maraqlı final olacaq.
- “Neftçi”nin də 80 illik yubileyidir. Bu amil finala çıxmaq üçün onlara motivasiya verəcəkmi?
- Onsuz da, hər hansı klub üçün finala çıxmaq motivasiyadır.
- Mövsümün sonuna yaxın kifayət qədər zədəliləriniz var. Bu amil həlledici məqamda sizə mənfi təsir etməzmi?
- Bu hər bir komandada olur. “Qarabağ”dad a Dani Kintana zədələndi, neçə aydır oynamır. Bizdə də olur. Futbolda zədəsiz olmaq mümkün deyil. Düzdür, əsas heyət oyunçularının zədə alması taktiki planda işi çətinləşdirir. Amma buna baxmayaraq, onların da yerlərini dolduracaq futbolçular var.
- Hədəf kuboku qazanmaq, yoxsa çempion olmaqdır?
- Açığı, seçə bilmirik, ikisinə də iddialıyıq. Çalışacağıq ki, ikisindən birini, yaxud ikisini də götürək. Niyə də olmasın? Hər ikisi üçün var gücümüzlə oynayırıq.
Mənbə: futbolxeber.az
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk