"Qarabağ" Volkan Dəmirəli transfer edir?

"Qarabağ" Volkan Dəmirəli transfer edir?
XƏBƏR 30 Mart 2017 / 17:09 7237
-  A +

Türkiyənin "Hürriyet" qəzeti "Qarabağ"ın "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirələ transfer təklifi göndərdiyini yazıb.

Qol.az-ın xəbərinə görə, Ağdam klubunun təcrübəli qolkiperə 2 illik müqavilə təklifi etdiyi qeyd olunub.

Ancaq V.Dəmirəl  “son ana qədər “Fənərbaxça”da qalmaq üçün çalışacam” deyərək "Qarabağ"ın təklifini qəbul etməyib. "Qarabağ" klubundan verilən açıqlamada isə bu xəbər təkzib edilib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan 36 yaşlı qapıçı 2002-ci ildən “Fənərbaxça”da çıxış edir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq