"Bursaspor"un vitse-prezidenti Əli Adəmoğlu dünən transfer etdikləri 21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozan Can Kökcü barədə açıqlama verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, 18 yaşlı yarımmüdafiəçinin gələcəkdə Türkiyə millisində oynayacağına ümid etdiyini deyib:
“Bizim üçün gözəl gündür. Skautlarımızın uzun müddətdir izlədiyi Ozan Canı transfer etdik. Ozan Canın hələ 18 yaşı var və Hollandiyada yetişib. “Feyenoord”un aşağı yaş qrupunda oynayırdı. Azərbaycanın gənclər yığmasının heyətində də Türkiyəyə qarşı matçda iştirak etdi. Bu cür istedadla, inşallah, gələcəkdə əsas milli komandamızda da oynayar. Prosedur da buna imkan verir. Skautlarımızın böyük canfəşanlığı nəticəsində onunla 4 illik müqavilə imzaladıq. İyulun 1-dən rəsmən bizimlə olacaq. Bəzi klublar onları qabaqladığımız üçün bizə qəzəblənə bilərlər. Amma önəmli bir iş gördük”.
Qeyd edək ki, U-21 millimizə cəlb olunan futbolçu yığmamızla bir neçə hazırlıq oyununda meydana çıxsa da, hələ ki, rəsmi oyunlarda debüt etməyib.
Messi cərimələndi
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futbolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verdi
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
99 milyona "Mançester Siti"dən "Tottenhem"ə keçir
Milli komandada yeni baş məşqçi
Azərbaycan boksçusu Avropa çempionatının finalında
Azərbaycan klublarından UEFA reytinqində rekord