"Sumqayıt" "Neftçi"yə qarşı itkilərlə hazırlaşır

"Sumqayıt" "Neftçi"yə qarşı itkilərlə hazırlaşır
XƏBƏR 30 Mart 2017 / 00:01 1887
-  A +

"Sumqayıt” “Neftçi” ilə oyunun hazırlığını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında Sumqayıt şəhər stadionunda növbəti məşqini keçib.

21 və 23 yaşadək milli komandaların heyətində yer alan futbolçular sabahdan etibarən hazırlığa qatılacaq. Bundan başqa, son məşqdə zədə almış yarımmüdafiəçi Sergey Çernişev də hazırlıq prosesinə qatılmayıb. Bərpa prosesi keçən Ayaz Mehdiyev və Mikayıl Rəhimov isə fərdi şəkildə məşq edib.
 
Qeyd edək ki, “Sumqayıt” apelin 2-də doğma meydanda “Neftçi”ni qəbul edəcək.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə