Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bərpası gözlənilən “Birlik kuboku” ilə bağlı fikirlərini bildirib.
Qol.az-ın xəbərinə görə, sportsdaily.ru saytına açıqlamasında o, bu yarışın Azərbaycanda keçirilməsinin mümkünlüyü haqda danışarkən deyib:
“Söhbət yarışın harada təşkil olunmasından getmir. Mən bu gün Soçini gəzdim, burada 15 gözəl meydan salınıb. Yer çoxdur. Amma sual budur ki, yarışda kim iştirak edəcək. Problem “Birlik kuboku”nun ideoloji əsasındadır. Bu turnir öna görə təşkil edilmişdi ki, keçmiş SSRİ-nin komandaları öz aralarında oynaya bilsinlər. Amma sonra yarışdan imtina etdilər, heç kim ora əsas heyətini göndərmədi. İndi əsas məsələ yarışın harada keçirilməsi yox, orada kimlərin iştirak edəcəyidir”.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq