Hollandiya millisinin baş məşqçisi qovuldu

Hollandiya millisinin baş məşqçisi qovuldu
XƏBƏR 28 Mart 2017 / 00:50 3507
-  A +

Hollandiya millisinin baş məşqçisi Danni Blind istefaya göndərilib.

Qol.az-ın xəbərinə görə, bu barədə ölkənin Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.

“Narıncılar”ın DÇ-2018-in seçmə mərhələsində səfərdə Bolqarıstana 0:2 hesablı məğlubiyyəti Blindin qovulması ilə nəticələnib.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2015-ci ildən Hollandiya millisini çalışdırırdı.

Əlavə edək ki, DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparan hollandlar 4-cü yerdə qərarlaşıb.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu