"Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir" - Aleksandr Səmədov

"Azərbaycan millisi dünya çempionatına çıxmaq gücündədir" -  Aleksandr Səmədov
XƏBƏR 27 Mart 2017 / 18:30 10808
-  A +

"Azərbaycan milli komandasının çıxışını izləyirəm. Cari seçmə mərhələdə pis oynamırlar".

Qol.az-ın xəbərinə görə, bu sözləri Rusiya millisinin üzvü Aleksand Səmədov "Sovetski sport" qəzetinə müsahibəsində deyib.

Əslən azərbaycanlı olan yarımmüdafiəçi yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki mübarizəsi haqda danışıb. O, komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa qadir olduğunu bildirib: "Eşitdiyimə görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yeni komandada hər şey yaxşı gedir. Azərbaycan yığmasının turnir cədvəlindəki vəziyyətini nazərə alsaq, dünya çempionatına çıxmaq gücündədir".

Xatırladaq ki, AFFA Səmədova yığmamızda oynaması ilə bağlı  təklif göndərsə də, o, Rusiya millisini seçib.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə