AFFA "Birlik kuboku" ilə bağlı təkliflərini açıqladı

AFFA "Birlik kuboku" ilə bağlı təkliflərini açıqladı
XƏBƏR 27 Mart 2017 / 17:42 4907
-  A +

Rusiya mətbuatı AFFA-nın "Birlik kuboku" turnirini bərpa etmək təklifini gündəmdə saxlayır.

Qol.az-ın xəbərinə görə, championat.com saytı bununla bağlı AFFA-ya müraciət edib. 

Qurumun mətbut xidmətindən bildirilib ki, turnir yenidən keçiriləcək: "Birlik kuboku"nun əhəmiyyətini və bu nüfuzlu yarışın bərpa olunması istəyi nəzərə alınaraq AFFA prezidenti Rövnəq Abdullayevlə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bu məsələni növbəti görüşdə müzakirə ediblər".

Müzakirələrdən sonra AFFA bu təklifləri irəli sürüb:

1.Turniri təşkil etmək və keçirmək ölkələr araslnda növbə ilə olsun.

2.Qalib gələn ölkə növbəti turnirin təşkilatçısı olsun.

3.Turnirin iştirakçılarının sayının artırılması məqsədilə qonşu ölkələrin komandalarına müraciət olunsun.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə